İqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır - Mikayıl Cabbarov-VİDEO

11:15 28.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkədə iqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır. Azərbaycanın İqtisadiyyat Nazirliyi qarşısında xüsusən qeyri-neft sektorunda artımın sürətləndirilməsi, kiçik və orta biznesin fəaliyyəti üçün şəraitin daha da yaxşılaşdırılması, azad rəqabətin təmin edilməsi kimi mühüm vəzifə və məqsədlər qoyulub.

Hafta.az-ın məlumatına görə, bunu Azəbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına (AzTv) müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi iş proqramlarını yeniləmək, bununla da gələcək hədəflərini müəyyən etmək niyyətindədir:

"İşimizi müsbət əsasda davam etdirəcəyik. Əgər makroiqtisadiyyatımıza nəzər salsaq, müsbət göstəricilər görmək olar. Xarici borcumuz azdır, makroiqtisadi sabitlik təmin olunub".